"Son zamanlar Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi obyektiv səbəblərdən bir qədər azalıb".
Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2025-ci ilin 11 ayında 7.5% azalma qeyd olunub (5.2 milyard dollar).
"Türkiyə Azərbaycanın həm idxalda (3-cü), həm ixracda (2-ci), həm də ikitərəfli ticarət dövriyyəsində (2-ci) əsas tərəfdaşlarından biridir. Bu rəqəmlər heç də ölkələrimizin inkişaf templərinə cavab vermir. Mövcud iqtisadi potensialımız və coğrafi üstünlüklərimiz göstərir ki, ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real və istifadə olunmamış imkanlar mövcuddur. Ticarət dövriyyəsinin artırılması strateji əhəmiyyət daşıyır və əminəm ki, bu gün biz bu barədə ətraflı danışacağıq".