Qərbi Azərbaycan İcmasının sədri:
Siyasət
347
11:40, Bu gün

Qərbi Azərbaycan İcmasının sədri: "Bu tədbirlər bizi addım-addım dədə-baba yurdumuza qaytarır"

"Qərbi Azərbaycan İcmasının (QAİ) həqiqətlərin təbliği istiqamətində fəaliyyəti davam edir. Bu tədbir digərlərinin davamıdır. Tədbirin keçirilməsində məqsəd tələbələrimizin gənc nəslimizə Qərbi Azərbaycan həqiqətlərini təbliğ etməkdir".

Moderator.az xəbər verir ki, bunu QAİ-nin sədri Əziz Ələkbərli Bakı Dövlət Universitetində keçirilən "Böyük yolun davamı" adlı konfransda deyib.

O bildirib ki, Qərbi Azərbaycana Qayıdış ideyasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub:

"Bu gün isə İlham Əliyev tərəfindən davam etdirilir. BDU-nun tələbə və müəllim kollektivi qarşısında Qərbi Azərbaycan həqiqətləri, icmanın fəaliyyəti ilə bağlı bir növ hesabat çıxışları edəcəyik. Azərbaycan ali məktəblərində Qərbi Azərbaycan ideyasının böyük əhəmiyyəti var. Bu tədbirlər bizi addım-addım dədə-baba yurdumuza qaytarır".

Link kopyalandı!
Son xəbərlər