Azərbaycana keçən torpaqlara görə ermənilərin PUL DAVASI
Siyasət
759
07:49, Bu gün

Azərbaycana keçən torpaqlara görə ermənilərin PUL DAVASI

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində 6 sakin Azərbaycana keçən torpaq sahələrinə görə təklif olunan kompensasiyanın az olmasına etiraz edərək onu qəbul etməkdən imtina edib.

Moderator.az xəbər verir ki, söhbət Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində kəndin bir hissəsinin Azərbaycan nəzarətinə keçməsindən gedir.

Rəsmi qurumlar torpaq və əmlakını itirən sakinlərə kompensasiya təklif etsələr də, bəzi hallarda on minlərlə dollarla ölçülən bu məbləğlər kənd sakinlərini qane etməyib.

Tavuş vilayət administrasiyası məsələ ilə bağlı ətraflı məlumat verməkdən imtina edir. Rəsmilər bunu “dövlət sirri” ilə əsaslandırırlar və kompensasiyanın hesablanma mexanizmi, torpaq sahələrinin dəqiq həcmi və hüquqi statusu barədə açıqlama vermirlər.


Qeyd edək ki, delimitasiya prosesi Tavuş bölgəsində sosial narazılıqlar doğurub və Kirants kəndi bu etirazların mərkəzində olan yaşayış məntəqələrindən biri hesab olunur.

Ermənistanda müxalif qüvvələr və yerli əhali bu prosesi torpaq itkisi və təhlükəsizlik riskləri ilə əlaqələndirərək hökuməti sərt tənqid edirlər.

 

(Musavat.com)

Link kopyalandı!
Son xəbərlər