Azərbaycan-Niderland münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə edilib - FOTO
Siyasət
2016
16:58, Bu gün

Azərbaycan-Niderland münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə edilib - FOTO

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 15–17 dekabr tarixlərində Azərbaycan və Niderland arasında gücləndirilmiş siyasi dialoq çərçivəsində bir sıra görüşlər keçirmək məqsədilə Niderlanda səfər edib.

Moderator.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Elçin Əmirbəyov Niderlandın Xarici Ticarət və İnkişaf Əməkdaşlığı naziri Aukje de Vries, Xarici İşlər Nazirliyinin Baş katibi Christiaan Rebergen, Xarici İşlər nazirinin müavini Marcel de Vink, Baş nazirin milli təhlükəsizlik üzrə müavin-müşaviri Jost van Doeteveen, eləcə də Niderland parlamentinin üzvləri və digər rəsmi şəxslərlə görüşüb.

“Görüşlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, su idarəçiliyi, kənd təsərrüfatı və dənizçilik sahələrində imkanlar, həmçinin regional və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunub.

Azərbaycan-Niderland münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə edilibAzərbaycan-Niderland münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə edilibAzərbaycan-Niderland münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə edilibAzərbaycan-Niderland münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə edilib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər