Hava limanında VIP salonlardan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib
Siyasət
215
18:09, Bu gün

Hava limanında VIP salonlardan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib

"Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VIP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya Prezidentin Katibliyinin rəisi və onun müavini əlavə olunublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər