Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair yeni qaydalar təsdiqləndi
Siyasət
868
18 Dec 2025 | 14:21

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair yeni qaydalar təsdiqləndi

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə verilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
 
Fərmana əsasən, “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq olunub.
 
Sənəddə Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilib.
 
Belə ki, hökumət üç ay müddətində su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
 
Eyni zamanda, Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələlərin də həll edilməsi tapşırılıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər