Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Qanun imzalayıb.
Qanuna əsasən, 1996-cı il 17 may tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 21-1-ci maddəsinin birinci hissəsinə dəyişiklik edilib. Dəyişikliklərə görə, həmin maddədə “il” sözündən sonra “martın 31-dək” sözləri əlavə olunub, eyni zamanda “sessiyasının beşinci iclasında” ifadəsi “sessiyasında” sözü ilə əvəz edilib.
Qeyd edək ki, qəbul edilmiş dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.