02:57
7°C
Bakı
Ümid edirik ki, Azərbaycanla qaz alışı üzrə razılığa gələcəyik.
Moderator.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Azərbaycanla bütün məsələlər üzrə danışıqlar aparılır.
“Bizim olduqca yaxşı münasibətlərimiz var və bu da nikbinlik üçün əsas verir. Ümid edirik ki, hər iki tərəf üçün faydalı olan bir razılaşma əldə olunacaq”, - Kobaxidze əlavə edib.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında Cənub Qaz Dəhlizi ilə qaz tədarükü üzrə sazişin müddəti 2026-cı ilin sonunda başa çatır. Sazişə əsasən, Gürcüstan Azərbaycan qazının Türkiyə və Avropaya tranziti əvəzində müəyyən həcmdə qazı güzəştli qiymətə alır.