İranın xarici işlər naziri Abbas Əraqçının Azərbaycana bir neçə gün öncəki səfəri və səfər çərçivəsində aparılan danışıqlar hər iki ölkə rəsmiləri tərəfindən müsbət qarşılandı və onun ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı önə çəkildi.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti süjetdə deyilir.
Bununla belə, İran mətbuatında və sosial şəbəkələrdə Əraqçının Azərbaycan səfərini İranın maraqlarına uyğun olmayan addım kimi təqdim edənlər də var.
İranın ali rəhbərinin bilavasitə nəzarəti altında fəaliyyət göstərən və onun yaxın ətrafının mövqeyini əks etdirən "Keyhan" qəzetində dekabrın 14-də dərc edilmiş məqalə bu kampaniyanın kulminasiya nöqtəsi oldu.
"Zəiflik mesajı göndərməyin!" başlıqlı həmin məqalədə hazırkı İran hökumətinin, yəni Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi kabinetin xarici siyasəti tənqid olunur, o cümlədən Abbas Əraqçının Azərbaycana səfəri "nəticəsiz" adlandırılır.
"Xarici siyasət sahəsində səhv qərarların digər bir nümunəsi bəzi İran rəsmilərinin Azərbaycan Respublikasına nəticəsiz səfərlərinin davam etməsidir", - nəşr yazır.
Ətraflı - videosüjetdə: