Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı
Siyasət
395
15:15, Bu gün

Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
 
Moderator.az xəbər verir ki, Sərəncama əsasən, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov təyin edilib. Təşkilat Komitəsinin sədr müavini vəzifəsini gənclər və idman naziri icra edəcək.
 
Həmçinin Təşkilat Komitəsinin üzvləri aşağıdakılardır:
 
Fövqəladə hallar nazirinin müavini
 
Maliyyə nazirinin müavini
 
Mədəniyyət nazirinin müavini
 
İqtisadiyyat nazirinin müavini
 
Daxili işlər nazirinin müavini
 
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
 
Elm və təhsil nazirinin müavini
 
Xarici işlər nazirinin müavini
 
Səhiyyə nazirinin müavini
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
 
Dövlət Turizm Agentliyinin sədri
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri
 
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
 
Dövlət Gömrük Komitəsi sədrinin müavini
 
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
 
Dövlət Miqrasiya Xidməti rəisinin müavini
 
Dövlət Sərhəd Xidməti rəisinin müavini
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
 
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
 
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri
 
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
 
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
 
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
 
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.
 
Sənədə əsasən, çempionatın təşkili ilə bağlı FIFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) həvalə olunub. Təşkilat Komitəsi isə turnirin keçirilməsi ilə bağlı bütün zəruri məsələlərin həllini təmin edəcək.
 
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin icrası tapşırılıb.
Link kopyalandı!
Son xəbərlər