Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında imzalanmış dörd sənədi təsdiqləyib.
Moderator.az xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq fərmanlar imzalayıb.
Sənədə əsasən,
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş;
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
- Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş;
- Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş təsdiq olunub.
Qeyd edək ki, sənədlər 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanıb.