Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi
Siyasət
661
14:40, Bu gün

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişib.
 
Moderator.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi " Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.
 
Qanuna əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
 
Qeyd edək ki, Nazirlər Kabineti bundan öncə hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında fəaliyyəti haqqında hesabat verirdi.
 
Link kopyalandı!
Son xəbərlər