Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ
Siyasət
451
14:25, Bu gün

Prezident yeddi ölkə ilə imzalanmış sazişləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Qvineya-Bisau, Surinam, Bəhreyn Krallığı, Anqola Respublikası, Cibuti Respublikası, Maldiv Respublikası və Dominikan Respublikası hökumətləri ilə Azərbaycan Hökuməti arasında imzalanmış sazişləri təsdiqləyib.

Moderator.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunları imzalayıb.

Sənədə əsasən,

- Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş təsdiqlənib.

Qeyd edək ki, sənədlər bu ilin sentyabr ayında Nyu-York şəhərində imzalanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər