Fazil Mustafadan Cəmil Həsənliyə sərt cavab: “Siyasi dələduzluqla tarix yazmaq olmaz”
Siyasət
691
09:24, Bu gün

Fazil Mustafadan Cəmil Həsənliyə sərt cavab: “Siyasi dələduzluqla tarix yazmaq olmaz”

Siyasi dələduz Cəmil Həsənli yazır: “...Amma məsələ Elçibəylə bağlı deyildi axı, özünün dəfələrlə dediyi kimi Fazil Mustafa küçə mübarizəsini parlament divarları arasına daşımaq üçün Ramiz Mehdiyevlə danışıqlar aparırdı. Nəhayət, bu danışıqlar 2005-ci ilin fevral–mart ayında nəticə verdi. Rəhmətlik Elmar Hüseynovun hüzür məclisində o, özünə yaxın bildiyi adamlara bildirdi:

Ramiz müəllimlə görüşdüm. O dedi ki, onların (yəni müxalifətin) heç bir perspektivi yoxdur. Onlardan ayrıl, keç bizim tərəfə, biz səni irəli çəkərik. Bu sözləri Fazil Mustafanın dilindən eşidənlər bu gün də sağdırlar. Və hadisələrin sonrakı gedişi də Ramiz Mehdiyev deyən kimi oldu. Ancaq Fazil Mustafa da borclu qalmadı”.

İndi görün biz necə həyasız adamlarla mübarizə aparmışıq. Ömür boyu üzəduranlıq, işverənlik etmiş Cəmil Həsənli unudur ki, öz siyasi yaşamının ən əxlaqsız hadisələrindən biri məhz həmin 2005-ci illə bağlıdır. AXCP parlamentə getməmək barədə qərar qəbul etdi, seçkilərin saxtalaşdırıldığını bəyan etdi. Həmin AXCP sıralarından qeydə alınmış Cəmil Həsənli adlı “patriot” öz mənsub olduğu partiyaya tüpürüb sıralarını tərk etdi və bakirə qız ədası ilə gəlib onun üçün ayrılmış kresloda bitərəf kimi oturdu. O, kreslodan qovulan kimi yenə də “təmiz adla” ata evinə geri döndü.

İndi gələk Ramiz Mehdiyevlə görüş məsələsinə. Yas yerində, həm də hamının eşidəcəyi şəkildə guya demişəm ki, Ramiz Mehdiyev mənə söylədi: “Onlardan ayrıl, keç bizim tərəfə, biz də səni irəli çəkək”. Ay-hay, mənim siyasi dələduz personajım, arxivşünaslıqdan bir boy da böyüməmiş cahil Cəmil Həsənli! Hələ də hər ikinizin Səfəvilər kimi qaranlıq irançı keçmişinizdə ilişib qalmanız bir medalın iki üzü və eyni ağlın sahibi olduğunuzu göstərir.

Üstəlik də sizin Əli Kərimli ilə birlikdə zibillədiyiniz o vaxtlar iqtidarın sevimli əl pişiyinə çevirdiyiniz AXCP qrupundan mənim və ləyaqətli dostlarımızın 2000-ci ildə ayrıldığımız faktı cahana bəlli olduğu halda, həm də 2004-cü ilin əvvəllərində İsa Qəmbərlə Əli Kərimli arasında birgə fəaliyyət barədə anlaşmaya sərt etiraz edərək o zamanın aparıcı müxalifəti olan Müsavatla da əlaqələri kəsdiyim halda, mən 2005-ci ildə yeni yaradılmış partiyanın başqanı ikən təkrar sizlərdən niyə ayrılmalıydım?

Mənim hansısa yas məclisində gerçəkdə olmayan açıqlamamı, təbii ki, şantaj məqsədi ilə vurğulamısınız. Ancaq bir şeyi unudursunuz ki, mən həmişə olduğum kimi, kimlərləsə gizli sövdələşməyə getməyi sizdən fərqli olaraq siyasi əxlaqsızlıq hesab edirəm və həyatım boyu bu davranışdan uzaq durdum. Öz siyasi addımlarımı açıq şəkildə atıram və siyasi mövqeyimi də bütün qaragüruh sürüsünün, çeşidli Vətən xainlərinin üzərimə gəlməsinə rəğmən açıq söyləyirəm.

Baxın, hətta mənim Ramiz Mehdiyevlə bağlı söylədiklərim içindən hansısa tərifi çıxara bilmirsən, ancaq onun siyasi hakimiyyətdə tutduğu real mövqe barədə vurğuladığım faktları tapıb çıxarırsan. Söylədiklərim də tərəfimdən qətiyyən inkar olunmur. Eyni zamanda sənin kimi, onun da xəstə tarixi baxışlarına qarşı öz sözümü zamanında açıq mətnlə yazmağımı da bir daha xatırladıram.

AXC-yə göndəriləndən sonra AMİP-ə keçib, AXC-yə təkrar qayıdandan, sonra 2005-ci ildə yenidən AXCP-dən çıxıb bitərəfləşəndən, bitərəflikdən qovulandan sonra yenidən Milli Şura formatı üzərindən AXCP-yə qayıdandan sonra haradasa sənin göstərdiyin yüzlərlə yaltaqlıq nümunəsini göstərməyə nə şəxsiyyətimiz, nə də dövlət maraqlarına bağlılığımız imkan verə bilər.

Səninlə də, sənin obrazında dövlətimiz üçün xüsusi təhlükə hesab etdiyim qaragüruh sürüsü ilə də açıq mübarizəmiz davam edəcəkdir.
Duyduq, duymadıq deməyin!

Fazil Mustafa,
millət vəkili

Link kopyalandı!
Son xəbərlər