Heydər Əliyevi müalicə etmiş həkim:
Siyasət
200
18:39, Bu gün

Heydər Əliyevi müalicə etmiş həkim: "O, hər bir sözü sanballı olan şəxsiyyət idi" - VİDEO

İllər əvvəl ulu öndər Heydər Əliyevin müalicə aldığı və əməliyyat olunduğu Klivlend Klinikasının ("Cleveland Clinic") tibb işçiləri ümummilli liderlə bağlı fikirlərini bölüşüb.

Həkim Murat Tuzcu ulu öndərlə bağlı təəssüratlarını ifadə edib:

"Heydər Əliyevlə əməliyyatdan əvvəl və sonra onunla birgə ünsiyyətdə olmaq, onu yaxından tanımaq imkanım oldu. O, sözü az deyən, amma hər bir sözü sanballı olan şəxsiyyət idi".

Həmin xəstəxananın tibb bacısı Marinela Kreis də ümummilli liderlə bağlı yalnız xoş düşüncələrdə olduğunu deyib:

"İllər əvvəl Azərbaycanın prezidenti olan Heydər Əliyevə xidmət etmək imkanım olub. Onun qayğısına qalmaq xoş idi. Heyrətamiz insan idi. Onunla bağlı yalnız gözəl xatirələrim var".

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

 

Link kopyalandı!
Son xəbərlər