Yekaterinburqda Azərbaycan diasporunun sədrliyinə yeni namizəd irəli sürüldü
Siyasət
270
18:15, Bu gün

Yekaterinburqda Azərbaycan diasporunun sədrliyinə yeni namizəd irəli sürüldü

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin həbsindən sonra quruma yeni namizədlərin adı hallanmaqdadır.

Moderator.az xəbər verir ki, E1.ru saytı Azərbaycan diasporunun sədrliyinə yeni namizədin Kərim Qasımov olduğunu bildirir.

Nəşrin yazdığına görə, 14 məsum məscidinin rəhbəri, 69 yaşlı K.Qasımovun tərəfdarları onun lehinə çağırış vərəqələri yayırlar.

Onun həbsdə olan Şahin Şıxlinskiyə yaxın olduğu bildirilsə də, şəxsi söhbətləri zamanı K.Qasımov bunu təkzib edib.

K.Qasımov Azərbaycanın Masallı rayonunun Boradigah kəndində anadan olub. 1976-cı ildən Rusiyada yaşayır. Rusiya Daxili İşlər Nazirliyinin xüsusi məktəbini və DİN Akademiyasının Sverdlovsk filialını bitirib. 35 il polis orqanlarında xidmət edib. Milis polkovniki olub.

"Azərbaycanlıların həmrəyliyi və Rusiya ilə dostluq - elmin, təhsilin, mədəniyyətin, idmanın və biznesin uğurla çiçəklənməsinin təminatıdır", - nəşrin yazdığına görə, K.Qasımovun şüarı belədir.

Link kopyalandı!
Son xəbərlər