17:25
10°C
Bakı
Ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar İstanbulda anım mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, anım mərasimində Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və çox sayda qonaq iştirak edib.
Tədbir iştirakçıları İstanbulun Sarıyer rayonunda Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.
"Heydər Əliyev fəhlə ailəsində anadan olub, tarixdə mühüm rol oynayıb. O, ölkəsini parçalanmadan, vətəndaş müharibəsindən və xarici müdaxilədən xilas edərək güclü bir dövlət qurub", - telekanalın reportajında bildirilib.