XİN: Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək
Siyasət
373
20:20, Bu gün

XİN: Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək

Macarıstan və Azərbaycan arasında əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək və bütün regionda sabitlik, qarşılıqlı əlaqə və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verəcək.

Moderator.az xəbər verir ki, bu barədə Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun həmsədrliyi ilə Azərbaycan-Macarıstan strateji dialoqunun 3-cü iclasından sonra keçirilən brifinqdə bildirilib.

Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, ekoloji və humanitar əməkdaşlıq sahəsində irəliləyişləri nəzərdən keçirərək Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın davamlı gücləndiyini vurğulayıblar.
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər