Əli Abbasov deputat mandatından məhrum edildi
Siyasət
473
19:50, Bu gün

Əli Abbasov deputat mandatından məhrum edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Əli Feyzulla oğlu Abbasov barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Moderator.az xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər