Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir - FOTO
Siyasət
245
19:10, Bu gün

Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir - FOTO

Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında təkbətək görüş keçirilir.

Bu barədə Moderator.az-a XİN-dən bildirilib.

Qeyd edilib ki, görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur. Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.

Xatırladaq ki, Ceyhun Bayramov Macarıstanda işgüzar səfərdədir.

Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər