Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib
Siyasət
115
18:00, Bu gün

Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Tamaş Şuyok tərəfindən qəbul olunub.

Bu barədə Moderator.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş zamanı, Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd edilib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, ölkələrimiz arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb.

Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib.

Görüşdə, Macarıstanın xüsusilə enerji sahəsi olmaqla, ölkəmizdə 3-cü böyük investor olduğu qeyd edilib, bununla yanaşı əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Bu və digər məsələlərin müfəssəl şəkildə 3-cü Azərbaycan-Macarıstan Strateji Dialoqu çərçivəsində müzakirə ediləcəyimə dair əminlik ifadə olunub.

Beynəlxalq platformalar çərçivəsində, BMT, Türk Dövlətləri Təşkilatı, Avropa İnstitutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər