Ərəb ölkələri İranı işğala son qoymağa çağırıb - VİDEO
Siyasət
228
19:40, Bu gün

Ərəb ölkələri İranı işğala son qoymağa çağırıb - VİDEO

Son bir həftədə öz sıralarında altı ərəb ölkəsini birləşdirən Körfəz Əməkdaşlıq Şurasının yaydığı bəyanat İran siyasi gündəminin əsas mövzularından birini təşkil edib. Məsələnin xüsusi diqqət çəkməsini şərtləndirən amillərdən biri də budur ki, İran hakimiyyəti son vaxtlar düşdüyü çətin durumun diktəsi ilə həmin Şuraya üzv olan dövlətlərlə yaxınlaşmaq siyasəti yürüdüb.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə bəhs edilir.

"Amma bu siyasət, görünür, həmin ölkələrlə İran arasında mövcud ziddiyyətlərin unudulmasına gətirib çıxarmayıb, əksinə, qonşu ərəb dövlətləri Tehranın 12 günlük müharibədən sonra üzləşdiyi vəziyyətdən çıxış edərək İranla mübahisəli mövzuları daha sərt bir tonda səsləndiriblər. Belə ki, ötən çərşənbə günü Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərindən ibarət Ali Şuranın Bəhreynin paytaxtı Manamada keçirilən 46-cı sessiyasının Yekun Bəyanatında İrana qarşı ciddi ittihamlar yer alıb və İran birmənalı şəkildə işğalçı adlandırılıb", - deyə süjetdə bildirilir.

Qeyd edilir ki, bəyanatın İrana aid ayrıca bölümündə Şura üzvləri Birləşmiş Ərəb Əmirliklərinə məxsus üç adanın - Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının İran tərəfindən işğalının davam etməsini qətiyyətlə pisləyərək, həmin adların Əmirliklər ərazisinin ayrılmaz hissəsi olduğunu bildiriblər:

"Eyni zamanda, İrana problemin birbaşa danışıqlar, yaxud Beynəlxalq Məhkəməyə müraciət yolu ilə həlli istiqamətində Birləşmiş Ərəb Əmirliklərinin göstərdiyi səylərə cavab vermək çağırışı edilib. Bəyanatda həmçinin İran hakimiyyətinin işğal olunmuş adlarda apardığı tikinti işləri və məskunlaşdırma siyasəti kəskin şəkildə pislənilib, eləcə də İran rəsmilərinin sözügedən adalara səfərlərinə və bu mövzuda verdikləri açıqlamalara, İranın adalar ətrafında keçirdiyi hərbi manevrlərə qəti etiraz ifadə olunub".

Daha ətraflı süjetdə:

 

Link kopyalandı!
Son xəbərlər