Süni intellektin iqtisadiyyatda tətbiqi ilə bağlı yol xəritəsi hazırlanacaq
Siyasət
926
10 Dec 2025 | 18:30

Süni intellektin iqtisadiyyatda tətbiqi ilə bağlı yol xəritəsi hazırlanacaq

Azərbaycanda yeni nəsil texnologiyaların (süni intellekt, robot texnologiyalarının və s.) iqtisadiyyatda tətbiqi imkanlarının müəyyən edilməsi, habelə elektronlaşdırma və adaptasiya üzrə yol xəritəsi hazırlanacaq.

Moderator.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.

Sənədə əsasən, iqtisadiyatın 2 sahəsində yeni nəsil texnologiyaların tətbiqi imkanlarının araşdırılması və müvafiq yol xəritəsinin hazırlanması, hazırlanmış yol xəritəsi əsasında 4 pilot layihənin həyata keçirilməsi, iqtisadiyyatın yeni nəsil texnologiyalar tətbiq edildiyi sahələrində əməliyyat səmərəliliyinin azı 5−10 faiz artması planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər