Elçin Əmirbəyov Brüsseldə mühüm məsələlərdən DANIŞDI
Siyasət
141
15:45, Bu gün

Elçin Əmirbəyov Brüsseldə mühüm məsələlərdən DANIŞDI

Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu illərdə mina və digər partlayıcı qurğularla çirklənmiş ərazilərin təxminən 13,4 %-i, yəni 11 667 km² hələ də təmizlənməmiş qalır.
 
Moderator.az "The Belgium Times"da dərc olunmuş məqaləyə istinadən xəbər verir ki, bu məlumatlar Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Azərbaycanın Brüsseldəki səfirliyində jurnalistlərlə görüşü zamanı təqdim edilib.
 
Materiallara əsasən, 1991-ci ildən bəri 3400-dən çox Azərbaycan vətəndaşı mina, PHS və digər partlayıcı qurğuların qurbanı olub. Təkcə 2020-ci ilin noyabrından 2023-cü ilin noyabrına qədər olan dövrdə 412 yeni hadisə qeydə alınıb, onlardan 341 nəfər yaralanıb, 71 nəfər həlak olub.
 
Məlumatda həmçinin ərazilərin minalardan təmizlənməsi prosesində aşkar edilmiş qurğular haqqında ətraflı statistika da yer alır:
 
- 39 728 piyada əleyhinə mina,
 
- 22 822 tank əleyhinə mina,
 
- ümumilikdə 232 522 partlayıcı qurğu, o cümlədən 169 972 partlamamış döyüş sursatı və 62 550 mina.
 
Bu günə qədər 2 427 km² ərazi minalardan təmizlənib, bu da mina ilə çirklənmiş ərazilərin ümumi sayının 20,8 %-ni təşkil edir. Genişmiqyaslı mina çirklənməsi həmçinin məcburi köçkünlərin geri qayıtması üçün də ciddi maneə olaraq qalır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər