Slovakiya Prezidenti: Azərbaycanla strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik
Siyasət
1836
08 Dec 2025 | 19:00

Slovakiya Prezidenti: Azərbaycanla strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik

“Çox şadam ki, bu gün Slovakiyada Prezident sarayında Azərbaycan Prezidentini salamlayıram”.

Moderator.az xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.

Slovakiya Prezidenti bildirib ki, bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir: “Bu, ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər