Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazır olduğunu bəyan edib
Siyasət
190
14:05, Bu gün

Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazır olduğunu bəyan edib

Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazır olduğunu açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi “X”də paylaşım edib.
 
“Bir il əvvəl, bu gün dünya Dəməşqin öz xalqına qayıtmasının, haqqın qanuni sahiblərinə qaytarılmasının və ədalətsizlikdən və cinayətkarlıqdan qurtuluşunun şahidi oldu. Dost Suriya xalqı böyük fədakarlıqlar göstərib”, - paylaşımda qeyd olunub.
 
Bildirilib ki, bu gün Suriya xalqı bütün sahələrdə vətənlərini bərpa etmək üçün səylə çalışır: “Onların əzmi və səyləri, dağıntılar altından qalxaraq unikal nailiyyətlər əldə edəcək bir dövlət qurmaq qabiliyyətlərini dünyaya nümayiş etdirir. Azərbaycan Respublikası azad edilmiş ərazilərdə davam edən yenidənqurma və bərpa prosesi zamanı qazandığı bütün təcrübələri bölüşməyə hazırlaşır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər