21:26
10°C
Bakı
İran Azərbaycanla münasibətlərə yüksək qiymət verir.
Moderator.az-ın "Snn.ir" saytına istinadən məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi islam respublikasının xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfərindən əvvəl bildirib.
"Abbas Əraqçi bu gün Bakıya səfər edəcək. Sabah o, xarici işlər naziri də daxil olmaqla, Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. Azərbaycanla münasibətlər İran üçün çox vacibdir", - o, mətbuat konfransında deyib.