21:03
10°C
Bakı
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.
"Azərbaycan-KƏŞ münasibətlərinin uğurlu inkişafı barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - Prezidentin köməkçisi qeyd edib.