Almaniya Kansleri və Paşinyan Azərbaycanla sülh prosesini müzakirə edəcək
Siyasət
114
16:40, Bu gün

Almaniya Kansleri və Paşinyan Azərbaycanla sülh prosesini müzakirə edəcək

Almaniya Kansleri Fridrix Merts dekabrın 9-da Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Almaniya hökumət nümayəndəsinin müavini Sebastyan Hille bildirib.

Məlumata görə, görüş ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə həsr olunacaq.

“Çərşənbə axşamı saat təxminən 16:00-da Almaniya Kansleri Federal Kanslerin İdarəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı hərbi mərasimlə qarşılayacaq. Sonrakı danışıqlar ikitərəfli iqtisadi əməkdaşlığa, regional məsələlərə və Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə həsr olunacaq”, – Hille deyib.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Link kopyalandı!
Son xəbərlər