01:01
11°C
Bakı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Nazirlər Azərbaycan-Rumıniya tərəfdaşlığını, xüsusən enerji təhlükəsizliyini, nəqliyyat və daha geniş əməkdaşlıq sahələrini müzakirə ediblər.