Azərbaycan-Fransa münasibətlərinin cari perspektivləri barədə fikir mübadiləsi aparılıb - FOTO
Siyasət
55
23:00, Bu gün

Azərbaycan-Fransa münasibətlərinin cari perspektivləri barədə fikir mübadiləsi aparılıb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Rəsmilər Azərbaycan-Fransa münasibətlərinin cari məsələləri və perspektivləri, regional təhlükəsizlik, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Link kopyalandı!
Son xəbərlər