Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO
Siyasət
67
22:20, Bu gün

Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, nazirlər iki ölkə arasında strateji tərəfdaşlığın müsbət dinamikasını yüksək qiymətləndirib və regional sabitlik və inkişaf üçün dostluq, qarşılıqlı dəstəkləyici münasibətlərin əhəmiyyətini vurğulayıblar.

Enerji, nəqliyyat-logistika, elektrik enerjisi və yaşıl enerji üzrə yeni birgə layihələr, eləcə də mədəni və humanitar mübadilələr sahəsində əməkdaşlıq müzakirə edilib.

Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifah üçün göstərilən səylər də mövzudan kənarda qalmayıb.

Azərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edibAzərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edibAzərbaycan və Gürcüstan XİN rəhbərləri iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib

Link kopyalandı!
Son xəbərlər