4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan-Norveç ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib, siyasi dialoqun davamlılığının təmin edilməsi və əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunub. Enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Ermənistan ilə normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19:55
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Norveçin xarici işlər naziri Espen Barth Eide ilə görüş keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbayca-Norveç əlaqələrinin hazırkı vəziyyəti, ölkələrimiz arasında genişlənən siyasi dialoq və əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Həmçinin, Ceyhun Bayramov norveçli həmkarını Cənubi Qafqazda yeni regional reallıqlar barədə məlumatlandırıb.