ATƏT XİN Şurası: Cənubi Qafqazda sülh prosesi - başa çatan ilin ən vacib hadisəsidir
Siyasət
54
18:18, Bu gün

ATƏT XİN Şurası: Cənubi Qafqazda sülh prosesi - başa çatan ilin ən vacib hadisəsidir

Vyanada dekabrın 4-də keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bir çox iştirakçılar Azərbaycan və Ermənistan arasında sülh prosesini başa çatan ilin ən vacib hadisələrindən biri kimi qeyd ediblər.

Moderator.az-ın məlumatına görə, günün birinci yarısındakı ən diqqətçəkən çıxış Lüksemburqun xarici işlər naziri Ksavye Bettelin bəyanatı olub.

O vurğulayıb ki, sülh yolunda irəliləyiş və razılaşmalara nail olunması öz-özünə baş verən bir proses kimi qəbul edilməməlidir – bu, təqdir və dəstəyə layiq səylər tələb edir.

İclasda çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bu məsələyə diqqət yetirərək, baş verənləri uğur kimi dəyərləndirib.

Link kopyalandı!
Son xəbərlər