“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun vaxtında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.
“Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir”, - nazir qeyd edib.