Paşinyan:
Siyasət
272
16:28, Bu gün

Paşinyan: "Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistana turist axınının artmasına səbəb olub"

"ABŞ-də sənədlərin imzalanmasından sonra Ermənistana investisiya marağı artıb və biz Avropa İttifaqının infrastruktur layihələrində, o cümlədən "Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində iştirakda maraqlıyıq".

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində bildirib.

"Biz TRIPP layihəsində yaxşı irəliləyişlər əldə edirik və bu, müəyyən etdiyimiz müddətdə həyata keçiriləcək", - deyə baş nazir bildirib.

O, həmçinin Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyündə və Çinlə münasibətlərin dərinləşməsində maraqlı olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, noyabr ayında Ermənistana turist axını rekord həddə çatıb. Baş nazir bunu Azərbaycanla sülh prosesində irəliləyişlərlə əlaqələndirib. O, həmçinin qeyd edib ki, turizmin inkişafı kiçik aviasiyanın inkişafına da səbəb ola bilər.

Link kopyalandı!
Son xəbərlər