Ceyhun Bayramov Vyanada Niderlandın xarici işlər naziri ilə görüşüb - FOTO
Siyasət
265
16:26, Bu gün

Ceyhun Bayramov Vyanada Niderlandın xarici işlər naziri ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası iclası çərçivəsində Niderland Krallığının xarici işlər, eləcə də sığınacaq və miqrasiya məsələləri naziri David Van Veel ilə görüş keçirib.

Moderator.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Bu format çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq tədbirlərdə qarşılıqlı təmaslar və yüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Vyanada Niderlandın xarici işlər naziri ilə görüşübCeyhun Bayramov Vyanada Niderlandın xarici işlər naziri ilə görüşübCeyhun Bayramov Vyanada Niderlandın xarici işlər naziri ilə görüşüb

Link kopyalandı!
Son xəbərlər