4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Deyvid van Vil ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı, ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Görüşdə, Azərbaycan-Niderland arasında bir sıra istiqamətlərdə, energetika, yaşıl enerji, ticarət, nəqliyyat bə digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə yüksək səviyyəli təmasların, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.
Qarşı tərəf ölkəmizin geniş regionda oynadığı rol, post-münaqişə dövründə və Vaşinqton sammitindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar barədə məlumatlandırılıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
16:26
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası iclası çərçivəsində Niderland Krallığının xarici işlər, eləcə də sığınacaq və miqrasiya məsələləri naziri David Van Veel ilə görüş keçirib.
Moderator.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Bu format çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq tədbirlərdə qarşılıqlı təmaslar və yüksək səviyyəli səfərlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.