Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər
Siyasət
175
10:41, Bu gün

Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada görüşəcəklər.
 
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
 
Bildirilib ki, A. Qriqoryan "Doha Forumu" çərçivəsində təşkil olunacaq "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton razılaşması və birgə gələcək" mövzusunda panel müzakirəsində Hikmət Hacıyev ilə birlikdə iştirak edəcək.
 
Link kopyalandı!
Son xəbərlər