Ceyhun Cəlilov:
Siyasət
50
22:10, Bu gün

Ceyhun Cəlilov: "Zəngəzur dəhlizi bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edəcək"

"Prezident İlham Əliyevin təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir infrastruktur üzərində qurulan iqtisadi modelə keçidini təmin edib. Sözügedən sənəddə sənaye parkları, logistika imkanları, gömrük-vergi mexanizmləri və bərpaolunan enerji layihələri prioritet istiqamətlərdir".

Moderator.az xəbər verir ki, bunu 2-ci Azərbaycan-Türkiyə Regional İqtisadi Forumunda çıxış edən Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib.

C.Cəlilov bildirib ki, 2025-ci ilin yanvar-oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin sürətləndiyini göstərir.

O qeyd edib ki, Zəngəzur dəhlizi bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biridir:

"Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək. Zəngəzur dəhlizi türk dövlətləri arasında inteqrasiyanı yeni mərhələyə daşıyacaq".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər