Azərbaycanın keçmiş səfiri yeni vəzifəyə təyin olundu - FOTO
Siyasət
1776
03 Dec 2025 | 18:15

Azərbaycanın keçmiş səfiri yeni vəzifəyə təyin olundu - FOTO

Gürsel İsmayılzadə yeni vəzifəyə təyin olunub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda G.İsmayılzadənin Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi vəzifəsinə təyinat aldığı vurğulanıb.

Xatırladaq ki, Gürsel İsmayılzadə 2011-19 və 2020-25-ci illərdə Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib.

 

Link kopyalandı!
Son xəbərlər