Nazir Ermənistan konstitusiyasına dəyişikliklərdən danışdı
Siyasət
47
17:17, Bu gün

Nazir Ermənistan konstitusiyasına dəyişikliklərdən danışdı

Ermənistanın yeni konstitusiyasında qalib partiyanın parlamentdə çoxluq təşkil edə bilməyəcəyi təqdirdə təkrar seçki keçirilməsi barədə müddəanın təsbit olunması planlaşdırılır.

Moderator.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan açıqlama verib.

Onun sözlərinə görə, konstitusiyaya dəyişikliklər üzrə Şura müntəzəm qaydada iclaslar keçirir. Orada parlamentin səlahiyyətləri və seçki sistemi ilə bağlı məsələlər artıq müzakirəyə çıxarılıb.

S.Qalyan qeyd edib ki, stabil çoxluğun formalaşması məsələsi də təsdiqlənib: növbəti seçkidən sonra ikinci tur mexanizmi dəhral işə düşməyəcək. Qalib partiya müstəqil qaydada və ya koalisiya yolu ilə siyasi çoxluğu formalaşdıra bilməsə, bütün siyasi qüvvələrin iştirakı ilə yeni seçki təyin olunacaq. Nazirin sözlərinə görə, təkrar seçkidən sonra çoxluq yenə də yaranmasa - yəni yalnız bu halda - qanunamüvafiq qaydada ikinci tur baş tutacaq.

Nazir, eyni zamanda, parlament komissiyalarının səlahiyyətlərinin genişləndirilməsi məsələsinin də müzakirə olunduğuna diqqət çəkib. Bundan başqa, parlamentin baş nazirə etimadsızlıq votumuna və ya onun istefası kimi uzun prosedurlara ehtiyac qalmayacaq, parlament bunlar olmadan da özünü buraxa biləcək.

S.Qalyanın sözlərinə görə, konstitusiya deputatların müəyyən hissəsinin təşəbbüsü və müəyyən sayda səs çoxluğu ilə parlamentin özünü buraxması mexanizmini də nəzərdən keçirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər