Müharibədə gərginlik artdı: Putindən təcili açıqlama - VİDEO
Siyasət
110
18:55, Bu gün

Müharibədə gərginlik artdı: Putindən təcili açıqlama - VİDEO

Rusiya hərbi rəhbərliyinin təqdim etdiyi son hesabatlara görə, Donetsk vilayətində yerləşən Pokrovsk şəhəri artıq Rusiyanın nəzarətindədir.

Rusiya Prezidenti Vladimir Putin hərbi komandanlıq məntəqəsinə baş çəkib, Pokrovsk və Vovçansk istiqamətlərində aparılan əməliyyatlar barədə məlumatlandırılıb.

Moskvanın iddiasına görə, Pokrovskun nəzarətə götürülməsi Donetsk istiqamətində logistikanın tam ələ keçirilməsi və bölgədə yeni müdafiə xəttinin qurulması baxımından strateji önəm daşıyır. Ancaq Kiyev bu məlumatları təsdiqləmir.

Ukrayna hərbi rəhbərliyi bildirir ki, Pokrovsk ətrafında döyüşlər hələ də davam edir və şəhərin tam nəzarətdən çıxdığı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Hazırda tərəflərin açıqlamaları kəskin fərqlənir. Bu, adətən şəhər tam itirilmədiyi hallarda baş verir. Yəni döyüşlər çox zaman məhəllə-məhəllə gedir və tərəflər informasiya üstünlüyü qazanmağa çalışır.

Unutmaq lazım deyil ki, Pokrovskun strateji önəmi təkcə coğrafi mövqeyi ilə bağlı deyil. Əgər şəhər tam şəkildə Rusiyanın nəzarətinə keçərsə, bu, Donetsk cəbhəsində Ukraynanın təchizat xəttini zəiflədə, Rusiya isə bölgədə daha sabit müdafiə xətti qura bilər.

Uzun müddətdir ağır döyüşlərin getdiyi Pokrovskda humanitar vəziyyət də narahatlıq doğurur. Şəhərin infrastrukturunun böyük hissəsi zədələnib, mülki əhali təhlükəsiz bölgələrə köçürülür. Bu cür şəhər döyüşləri uzun çəkdikcə humanitar böhran dərinləşir. Hər iki tərəfin əsas problemi indi yalnız hərbi deyil, mülki əhalinin taleyi və infrastruktura dəyən ziyanın böyüməsidir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər