Azərbaycana məxsus yük maşınları Gürcüstan sərhədində saxlanılır?
Siyasət
125
16:57, Bu gün

Azərbaycana məxsus yük maşınları Gürcüstan sərhədində saxlanılır?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana məxsus yük maşınlarının Gürcüstan sərhədində saxlanılmasına dair açıqlama verib.

Bu barədə Moderator.az Gürcüstanın Bm.ge nəşrinə istinadən xəbər verir.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan sərhədində yalnız bir Azərbaycan yük maşını saxlanılıb və bu, konkret səbəbdən baş verib.

"Mən araşdırdım, belə bir hadisə baş verməyib. Bildiyim qədərilə, yalnız bir nəqliyyat vasitəsi ilə bağlı gecikmə olub. O da konkret səbəbdən. Biz bütün mümkün çətinliklərlə bağlı çox səmimi şəkildə müzakirəyə hazırıq", - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Azərbaycana məxsus yük maşınlarının sürücüləri tütün məhsulları daşıyan Azərbaycan yük maşınlarının 20 gündən çoxdur Batumi və Tbilisi gömrük məntəqələrində qəsdən saxlanıldığını iddia edirlər.

Gürcüstan Gəlirlər Xidməti də yük maşınlarının qəsdən dayandırılmasını təkzib edir və gömrüyün fasiləsiz işlədiyini bildirir. Onların sözlərinə görə, çətinliklər sürücülər tərəfindən lazımi sənədlərin təqdim olunmaması ilə bağlı ola bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər