DSMF-nin gələn il üçün büdcə layihəsi ikinci oxunuşda qəbul olunub
Siyasət
31
16:17, Bu gün

DSMF-nin gələn il üçün büdcə layihəsi ikinci oxunuşda qəbul olunub

Dövlət sosial müdafiə fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat məbləğində olacaq.

Moderator.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000,0 manat;

- Dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Link kopyalandı!
Son xəbərlər