16:41
13°C
Bakı
Ermənistan hökuməti 2020-ci ilə qədər Qarabağ üzrə danışıqların aparıldığı sənədləri dərc edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
Məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın əvvəlində müxalifətin təkrar çağırış və tələblərinə cavab olaraq sənədlərin dərc olunduğunu açıqlayıb.
Ermənistan Nazirlər Kabinetinin internet saytında ümumilikdə 13 sənəd yerləşdirilib. Onların arasında 2011-ci ildə Kazanda müzakirə edilən sənəd, 2019-cu ildə təqdim edilmiş vasitəçilərin təklifləri, üçüncü prezident Serj Sarqsyanın 2016-cı ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinə məktubu və digər sənədlər yer alır.