Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstan hökumətini yükdaşıma ilə bağlı problemlərə görə Azərbaycanla münasibətləri korladığına görə tənqid edib.
Moderator.az xəbər verir ki, bu barədə Saakaşvili "Facebook"da yazıb.
"Tiflis artıq Azərbaycan üçün yükdaşıma ilə bağlı problem yaradıb. Azərbaycan mediası bunu haqlı olaraq Moskvanın sifarişi kimi qiymətləndirir. Ruslar Azərbaycanın Kiyevdəki səfirliyini bombalayır və burada, görünür, onlar öz marionetkalarından istifadə edərək rabitə problemi yaradırlar və azərbaycanlı jurnalistlərin yazdıqları rəsmi Bakının haqlı hiddətini əks etdirir", - Sabiq prezident deyib.