Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edilib
Siyasət
257
21:30, Bu gün

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edilib

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmiş, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.

Moderator.az xəbər verir ki, Naxçıvan MR baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan MR səhiyyə nazirinin vəzifəsindən azad edilməsi və Rəşadət Nabatovun səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında Ali Məclis sədrinin sərəncamını kollektivin diqqətinə çatdırıb. O əlavə edib ki, səhiyyə naziri vəzifələrinin müvəqqəti icrası Rəşadət Nabatova həvalə edilib.

Elşad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Vurğulayıb ki, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.

Link kopyalandı!
Son xəbərlər