Misir Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərə bilər
Siyasət
133
17:09, Bu gün

Misir Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərə bilər

Misir tərəfindən Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərilməsi imkanları müzakirə edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə müzakirə aparılıb.

Görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib.

Görüş zamanı mina təhlükəsi ilə mübarizə istiqamətində qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi, o cümlədən həmin ölkə tərəfindən bu sahədə dəstək göstərilməsi imkanları müzakirə edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər