Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib - FOTO
Siyasət
112
16:27, Bu gün

Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" hesabında məlumat verib.

Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçiribHikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçiribHikmət Hacıyev NATO Baş Qərargahında blok rəhbərliyi ilə görüş keçirib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər